Biz, orta təbəqədən olan bir sıra ailələrin sığınacaq tapdığı çoxmərtəbəli yaşayış kompleksinin darısqal evlərindən birində yaşayırıq. Lakin kompleksimizdən xoşu gəlmiş Felis Domestica fəsiləsinin nümayəndələrinin sayı Homo Sapiens nümayəndələrinin sayını çoxdan ötmüş olardı. Çünki vəhşi təbiətdə yaşayan şir, pələng, vaşaq və oselotlarla eyni fəsilədən olması ilə öyünən bu geri çəkilə bilən caynaqlı dördayaqlıların ətrafımızdakı heç kimdən qorxusu yoxdur. Caynaqlı pəncələrində doqquz canları olan pişik populyasiyasının artıb çoxalması hamını narahat etsə də, çoxuna da qəribə rahatlıq verir. Prospektimizdə yaşayan bu pişiklərin özlərinə məxsus ciddi ərazi bölgüsü var. Zirzəmi, birinci və ikinci mərtəbədə olan siçanlara qənim kəsilmiş bu pişiklər aclıq olanda nəzarət xətti boyu mətbəxlərə basqın etmələri xaricində, öz mərtəbələrinə göz qoyurlar. Terras isə məxsusi olaraq cavanlar üçün və bəzən də keçmişdə Siam cinsinə mənsub olmuş aristokrat pişiklərin özlərini yalaması və günəşlənməsi üçün saxlanılırdı. Bəzi erkək pişiklər gözətçi otağı kimi darısqal məkanlarda daldalanacaq tapmayanda özlərinə rahat künc-bucaq tapıb pırıltı ilə yatırlar ki, onda da tez gözə dəyirlər. Tanrı bu pişiklərə mırıldamaq və miyoldamaq kimi iki səs bəxş edib ki, bizim də ərazimizdə yaşayan az sayda pişik sopranoları isə xüsusi günlərdə gecə orkestrləri ilə bütün sakinlərin yuxusunu ərşə çəkir. Başmaqlı pişik kimi təmiz olmağı arzulayan bəzi sakinlər bu boz pişiklərin onların əşyalarını qatıb-qarışdırdığını görəndə əsəbləşirlər. Yerli sakinlər arasındakı qırğılar bu pişiklərin doqquzquyruq qamçıyla qovulub sürgün edilməli olduğunu düşünürlər. Lakin göyərçinlər qərarsızca oturub pişiyin hansı tərəfə tullanacağını gözləyirlər. Eh, bu çətin işin öhdəsindən kimin gələcəyini heç bilmirik! | Entry #33965 — Discuss 0 — Variant: Not specifiednone
Voting points | 1st | 2nd | 3rd |
---|
20 | 5 x4 | 0 | 0 |
- 2 users entered 10 "like" tags
- 1 user entered 3 "dislike" tags
- 1 user disagreed with "dislikes" (3 total disagrees)
|
Biz bir çox orta sinif ailələrinə sığınacaq verən çoxmərtəbəli bina kompleksindəki kiçik mənzillərdən birində yaşayırıq. Ancaq yaşayış kompleksimizə yiyələnmiş Felis Domestica ailəsinin üzvləri Homo Sapiens üzvlərini sayca üstələyə bilər. Çünki caynaqlı pençələri olan bu dörd ayaqlılar, aslan, pələng, vaşaq və oselotlar kimi öz qohumları ilə öyünür və ətrafda heç kimdən qorxmurlar. Doqquz canlı və artan pişik əhalisi hər kəsi narahat edir, amma çoxlarına məzəli rahatlıq hissini də bəxş edir. Ərazi baxımından, küçəmizdə bu pişiklərin öz dəqiq sərhədləri var. Məsələn, zirzəmi ərazisi. Birinci və ikinci mərtəbədəki siçan övçuları, qorunan ərazi xətlərinin qarşısındakı mətbəxə girməkdən başqa, öz mərtəbələrindən kanara çıxmırlar. Eyvan yalnız gənclər üçün ayrılmışdır və vaxtilə Siamdan olan aristokratlar tərəfindən yuyunmaq və günəş vannaları qəbul etmək üçün istifadə olunur. Bəzi Don Juan pişiklər onlar üçün sığınacaqı olmayan gözətçi kabinəsi kimi yerlərdə uzun bir xorultulu yuxu üçün özlərinə rahat künclər tapırlar. Tanrı bu pişiklərə biri mırıldamaq, digəri miyavlamaq üçün iki boğaz hədiyyə etmişdir. Bunların bəziləri pişik sopranoları qismində rayonumuzda xüsusi günlərdə gecə orkestrlərini işə salmaqla bütün sakinlərin yuxusuna haram qatırlar. Pişik kimi tərtəmiz olmaq istəyən bəzi sakinlər, bu boz pişiklərin əşyalarını qarışdırdıqda əsəbləşirlər. Sakinlər arasındakı şahinlər düşünürlər ki bu pişiklərin quyruqlarından tutaraq çöla atılmaları lazımdır. Lakin məhlə göyərçinləri qərarsızdırlar. Onlar pişiyin hansı tərəfə tullanacağını gözləyirlər. Yaxşı, gəlin görək bu məsatnın son zəngini kim çalacaq! | Entry #33445 — Discuss 0 — Variant: Not specifiednone
Voting points | 1st | 2nd | 3rd |
---|
8 | 2 x4 | 0 | 0 |
- 4 users entered 9 "dislike" tags
bu boz pişiklərin əşyalarını qarışdırdıqda | Mistranslations | Nazim Taghiyev No agrees/disagrees | |
gəlin görək bu məsatnın son zəngini kim çalacaq! | Mistranslations | Faiq Mahmudov No agrees/disagrees | |
|
Biz bir çox orta səviyyəli ailələrə sığınacaq verən çoxmərtəbəli bina kompleksindəki kiçik mənzillərdən birində yaşayırıq. Ancaq kompleksimizə heyran qalan Felis Domesticus ailəsinin üzvlərinin sayı Homo Sapiens üzvlərindən daha çox ola bilər. Çünki çıxarıla bilən pəncələri olan, aslanlar, pələnglər, vaşaqlar və oselotlar kimi qardaşları ilə öyünən bu dördayaqlılar ətrafımızdakı heç kimdən qorxmurlar. Pəncələrində doqquz cana sahib olan pişiklərin sayının artması hər kəsi narahat etsə də, çoxlarına komik rahatlıq hissi verir. Prospektimizdəki bu pişiklərin ərazi ilə bağlı öz qatı sərhədləri var. Birinci, ikinci və üçüncü mərtəbədəki siçan tutanlar ac vaxtı nəzarət xətlərinin qarşısındakı mətbəxlərə hücumlar istisna olmaqla, öz mərtəbələrində qalırlar. Teras yalnız gənclər üçün ayrılmışdır və bəzən Siamdan olan aristokratlar tərəfindən bədən yalamaq və günəş vannası qəbul etmək üçün istifadə olunur. Bəzi erkək pişiklər onları tuta biləcəkləri gözətçi kabini kimi dar yerlərdə mırıldanaraq yatmaq üçün rahat künclər tapırlar. Allah bu pişiklərə mırıldamaq və miyovlamaq üçün iki qırtlaq hədiyyə etmişdir. Məhləmizdəki bəzi pişik sopranolar xüsusi günlərdə gecə orkestrləri ilə bütün sakinləri oyaq saxlayırlar. Pişik kimi təmiz olmaq istəyən bəzi sakinlər bu boz pişiklər əşyalarını qarışdıranda əsəbiləşirlər. Sakinlər arasındakı şahinlər bu pişiklərin qəti şəkildə doqquz düyünlü qamçı ilə qovulmalı olduğunu hesab edirlər. Ancaq qərarsız göyərçinlər pişiyin hansı tərəfə tullandığını görmək üçün gözləyirlər. Bu təhlükəli işin öhdəsindən kim gələcək! | Entry #32698 — Discuss 0 — Variant: Not specifiednone
Voting points | 1st | 2nd | 3rd |
---|
0 | 0 | 0 | 0 |
- 1 user entered 1 "like" tag
- 4 users entered 8 "dislike" tags
Pəncələrində doqquz cana sahib olan | Mistranslations | Nazim Taghiyev No agrees/disagrees | |
Siamdan olan aristokratlar | Mistranslations | Faiq Mahmudov No agrees/disagrees | |
tullandığını | Grammar errors Source word is not in PAST | Faiq Mahmudov No agrees/disagrees | |
Bu təhlükəli işin öhdəsindən kim gələcək! | Spelling There is "we don’t know" phrase in the source language, but it has not been translated | Faiq Mahmudov No agrees/disagrees | |
|